Prezident Qambiyanın xarici işlər nazirini qəbul edib

Prezident Qambiyanın xarici işlər nazirini qəbul edib
  22 May 2013    Oxunub:1021
Prezident İlham Əliyev Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul edib.
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ikinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim etdi.

Dövlət başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirdi. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirdi.


Teqlər:





Xəbər lenti