“Dəli Samir”in görüntüləri yayıldı- Video

“Dəli Samir”in görüntüləri yayıldı- Video
  29 Mart 2015    Oxunub:2645
Bakıda saxlanılan kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü Aslanov Samir Nuşirəvan oğlunun görüntüləri yayılıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, S.Aslanov Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Polislər "Dəli Samir"i saxlayan zaman onun üzərindən 10 qrama yaxın narkotik maddə olan marixuana aşkarlanıb. S.Aslanovun evinə baxış zamanı isə 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd güllə və samuray qılıncı aşkar olunaraq götürülüb. S.Aslanov indiyə qədər dəfələrlə məhkum olunub. O, Günəşli və Qaraçuxur qəsəbələrində hədə-qorxu ilə tələb etmə və bu kimi, bir neçə ağır cinayətlər törətməkdə də şübhəli bilinir.

Qeyd edək ki, S.Aslanov kriminal aləmdə qanuni oğru "Lotu Quli" kimi avtoritet Nadir Səlifovun yaxın adamı sayılır. Həmçinin S.Aslanov idmanın karate növü ilə məşğul olub və onun Suraxanı rayonunda özünə məxsus karate məktəbi var.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.




Teqlər:





Xəbər lenti