Göyçayda qadın həyat yoldaşını öldürüb

Göyçayda qadın həyat yoldaşını öldürüb
  24 Mart 2015    Oxunub:1493
Göyçayda arvad həyat yoldaşını qətlə yetirib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonunun Çaxırlı kəndində yaşayan Rusiya Federasiyasının vətəndaşı Vəzir İbrahimov evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən arvadı Gülnarə İbrahimova tutulub.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti