Kinomuzun keçmişi | «Qız qalası” – VİDEO

  22 May 2013    Oxunub : 1081
Kinomuzun keçmişi | «Qız qalası” – VİDEO
Bu rubrikada sizə Azərbaycan kinosunun hələ “bələkdə” olduğu dövrlərdə çəkilən filmləri təqdim edəcəyik. Əvvəlcə klassik səssiz filmlərimizlə tanışlığa başlayırıq.
“Qız qalası” filmi 1923-cü ildə çəkilib.

Sinopsis:

Köhnə Bakı. Səməd xan çox narahatdır.Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarınının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız Qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur.

Film haqqında

Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi arxitektura abidəsi-Qız Qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilib. Səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlıdır. Bununla belə, filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xəttləri, üsyan epizodları verilib.
Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilmədiyindən, bu, mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərib.

Filmin çəkilişlərində 1500 adam iştirak edib.
Film aktyor Ağasadıq Gəraybəylinin və Rüstəm Kazımovun kinoda ilk işidir.




Filmin üzərində işləyənlər

Ssenari müəllifi: N. Breslav-Lurye
Quruluşçu rejissor: Vladimir Ballyuzek
Quruluşçu operator: V. Lemke
Quruluşçu rəssam: Vladimir Ballyuzek
Qrim rəssamı: Georgi Parisaşvili
Rejissor Köməkçisi: Məmməd Əlili

Rollarda

Sofiya Jozeffi - Xanın arvadı Cəvahir; Xanın qızı Gülnar
İsmayıl Hidayətzadə - Gülnarın sevgilisi Zöhrab
İbrahim Azəri - Vəzir
Ələkbər Hüseynzadə - Əyan
Rza Darablı - vəkil
Ağasadıq Gəraybəyli - həkim
Möhsün Sənani - Döyüşçü
Hənəfi Terequlov - Şirvan xanı
Georgi Parisaşvili
Yevgeni Muromski - Kərim
N. Breslav - Lurye
Kazım Ziya - molla
Hacıməmməd Qafqazlı - Əyan
Məcid Şamxalov
Rüstəm Kazımov
Xeyri Əmirzadə
B. Anqarskaya - Cəvahirin qulluqçusu

Teqlər: