DİN Kürdəmirdəki qəza ilə bağlı məlumat yayıb

DİN Kürdəmirdəki qəza ilə bağlı məlumat yayıb
  20 Mart 2015    Oxunub:1879
Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 19-da saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Qazax rayon sakini Cavad Hüseynovun idarə etdiyi “Mercedes”, Şəmkir rayon sakinləri Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes” və Qəhrəman Qəhrəmanovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Q.Qəhrəmanov və sərnişin, həmyerlisi Nüşabə Hüseynova hadisə yerində ölüb, digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti