Bir gündə 59 cinayət, 2 ölü, 28 həbs

Bir gündə 59 cinayət, 2 ölü, 28 həbs
  19 Mart 2015    Oxunub:1374
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti