Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat
  19 Mart 2015    Oxunub:2184
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti