“Azərişıq” bayramda necə işləyəcək?

“Azərişıq” bayramda necə işləyəcək?
  18 Mart 2015    Oxunub:1498
“Azərişıq” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, bununla əlaqədar SC-in Sədri tərəfindən xüsusi tapşırıq imzalanıb. Belə ki, Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə Azərişıq” ASC-nin Mərkəzi aparatı və Rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla,bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti