Azərbaycanda yeni mərkəz yaradılacaq

Azərbaycanda yeni mərkəz yaradılacaq
  15 Mart 2015    Oxunub:1873
Azərbaycanda elektron imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi yaradılacaq.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Yeni mərkəz cari ilin dekabr ayının 1-nə istismara veriləcək və elektron imzaların yeni nəsil şəxsiyyət vəsiqəsinin çiplərinə inteqrasiyası ilə məşğul olacaq.

Bundan başqa, mərkəz Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən 9 eyniləşdirmə mərkəzinin sorğularını nəzərdən keçirəcək. MHM əldə edilən sorğular əsasında sertifikatlar hazırlayacaq və onları geriyə göndərəcək.

Yeni şəxsiyyət vəsiqələrinin çiplərinə informasiya DİN tərəfindən daxil ediləcək.


Teqlər:





Xəbər lenti