FHN-in 2 əməkdaşı yanıb

FHN-in 2 əməkdaşı yanıb
  13 Mart 2015    Oxunub:1409
Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsində 2 mərtəbəli 12 mənzilli binanın dam örtüyündə baş verən yanğınla bağlı açıqlama yayıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, martın 12-də saat 02 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində 2 mərtəbəli 12 mənzilli binanın dam örtüyündə yanğın baş verib. Nəticədə 2-ci mərtəbədə yanar konstruksiyalar yanıb, orada yaşayanlar A.Kazımova, C.Həsənov, habelə FHN-nin 2 əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti