Çempion rəisdən ilk açıqlama: `Gözlənilməz oldu...`

Çempion rəisdən ilk açıqlama: `Gözlənilməz oldu...`
  13 Mart 2015    Oxunub:4169
“Rəis təyin olunmağım mənim üçün çox gözlənilməz oldu”.
Bunu Azvision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə yeni rəis təyin olunan stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova deyib.

Z. Meftahətdinova idmanda olduğu kimi işində də uğrur qazanacağını deyib.

“Artıq ikinci gündür ki, işə başlamışam. Mən idmançı olmuşam. Əvvəl yəqin ki, bir az çətin olacaq. Amma yeni işim də idmanla bağlıdır. Çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum”.

Daha sonra isə Z. Meftahətdinova Daxili İşlər naziri Ramil Usubova təşəkkür edib: “Daxili işlər naziri Ramil Usubova çox təşəkkür edirəm. Onun mənə olan inamını doğruldacağam. Nazirimizə çox minnətdaram. İdmanda olduğu kimi işimdə də öz sözümü deyəcəyəm”.

Qeyd edək ki, Stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova ötən gün Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.
Xatıladaq ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti