Olimpiya çempionu rəis təyin edildi

Olimpiya çempionu rəis təyin edildi
  12 Mart 2015    Oxunub:2090
Stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.
"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.


Teqlər:





Xəbər lenti