Deputatlarımız Haaqada

Deputatlarımız Haaqada
  10 Mart 2015    Oxunub:1170
Martın 11-də və 12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək.

İclaslarda Avropada uşaqların təhsil hüququ, din və dini ayinlərin azadlığı, kiberterrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi, Avropa Şurası ölkələrinin məhkəmə sistemlərindəki korrupsiya ilə mübarizə, inzibati həbs anlayışının hüquqi baxımdan təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.


Teqlər:





Xəbər lenti