DİN 26 cinayətin üstünü açıb

DİN 26 cinayətin üstünü açıb
  06 Mart 2015    Oxunub:1253
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.


Teqlər:





Xəbər lenti