Nazirdən xəbərdarlıq: `Qiymət artıranlar cəzalandırılacaq`
Nazir qeyd edib ki, bir müddət əvvəl gübrə tədarükü və satışı ilə məşğul olan sahibkarlarla toplantı keçirilib. “Onlara xəbərdarlıq olunub ki, süni qiymət artımına yol versələr, ciddi şəkildə cəzalandırılacaqlar. Sahibkarlar qiymət artımının olmayacağını bildiriblər. Daxil olan məlumatlara görə, hələlik bu sahədə iş normal qaydada davam edir”, - deyə H.Əsədov diqqətə çatdırıb.