Qərb Gürcüstanın nəbzini yoxladı

Qərb Gürcüstanın nəbzini yoxladı
  18 May 2013    Oxunub:907
Vəli Əkbər

17 mayda Qədim Tiflisdə keçirilən cinsi azlıqların nümayişi (qey-parad) əvvəlcədən o qədər də diqqəti cəlb etmirdi. Xüsusən, Azərbaycan üçün o qədər də, indi dəbdə olan, şok xəbər deyildi. Bu ən azı 8 il boyunca Gürcüstanda mövcud olan Saakaşvili hakimiyyətinin, yıpransa da, hələ davam edən ab-havasından qaynaqlanırdı. Yəni biz Gürcüstanda son iki-üç ildə vərdiş etdiyimiz yumşaq havanın havasındaydıq. Bu, innersiv də olsa, hələ bir müddət də özünü xarakterizə edəcək.
Qey-parad onları meydanda keçirmək istəyənlər üçün olsun ki, baş tutmadı. Amma ümumilikdə alındı. Aksiyanın sifarişçisi gördüklərindən məmnun oldu, ya yox? Bu, başqa sualdı. Amma sifarişçi ən azı Gürcüstanın qəlb atışalrınıən ritmini tuta bildi. Ola bilsin ki, ürək döyüntülərinin sayı kritik həddə olmasa da, artdığını hiss etdi. Artıq Qərb (Bunu ilk olaraq, ABŞ kimi oxu) sarı simlərin hansı havaya kökləndiyini elə cinsi az simlərlə də müəyyənləşdirə bildi.

Aksiya ictimaiyyətin, dindarların və din xadimlərinin, yumşaq desək, təpkisi ilə qarşılandı. Polis cinsiyazıqları kükrəyən kütlədən “maksimum” dərəcədə qorumağa çalışdı. Amma bu “mütəşşəkkil sel”in qabağında “duruş gətirə bilmədi”. Nəticədə, cinsiyazıqlar reallıqda da, yazıq günə qaldılar.

Bu aksiyanı İvanişvili hakimiyyətinə ikitərəfli test sualları kimi də səciyyələndirmək olar. Qərbin özünəməxsus şəkildə sualları İvanaşvili hakimiyyətinin yan etkilərə reaksiyasının psixoloji faktorlarını müəyyənləşdirmək idisə, Rusiyanınkı isə konkretdi. İvanişvili 300 illik imperiya prinsip və metodlarını nə qədər əxz edə bilib?

Verilən cavablar Qərb və Rusiya üçün də qənaətbəxşdir. Qərb Saakaşvili hakimiyyətinin daha demokratik olduğunu bir daha xatırlatmaqla, İvanaşvilini xarakterizə etdi və yaxın gələcək üçün olan planlarında bəzi qeydlər də aprmış oldu. Rusiya isə gördüklərindən məmnundu, deyə bilərik. Yeni hakmiyyət Kremilin iş prinsiplərindən halidir və gedişləri ustalıqla qura bilir.

Bu aksiya, əslində müasir siyasət üçün o qədər də mürəkkəb situasiyalara daxil deyil. Siyasətin periferiyası kimi, Qərb və Rusiyanın Gürcüstanda eyni hisslərinin toqquşduğu məkandı. Amma bu periferiyada baş verənlər bizə çox yaxındır. İstər məkan, istərsə də xarakter olaraq. İnkar etməyək, Qərb də, Rusiya da hər iki ölkə ilə öz periferiyası kimi davranmaq istəyir. Kolaritcə isə biz, iki ölkə bir-birimizə çox yaxınıq. Dinlərimiz və dillərimiz ayrı olsa da, biz bir irqə məxsusuq. Dünyanın elmi müstəvidə tanımaq istəmədiyi – Qafqaz irqinə.

Qayıdaq yenə 17 may qey-paradına. Bu Tiflis “tamaşası” bir az solğun, bir az da gözətanış kimi görünsə də, arxasında sürpriz addımların olmayacağını düşünməyin. Bir şey aydın idi ki, bu aksiyada nə Qərbin, nə də Rusiyanın dərs vermək fikrləri yox idi. Bu lakmus kağızı funksiyasını yerinə yetirən bir tədbir idi. Amma yaxın qonşu olan Azərbaycan, özü üçün burdan dərs götürə bilər. Bir qədər zəif əyani vəsait olsa da.


Teqlər:





Xəbər lenti