Xocalını dünyada niyə tanıda bilmirik?

  25 Fevral 2015    Oxunub : 1214
Xocalını dünyada niyə tanıda bilmirik?
Ermənilərin Xocalıda törətdiyi dəhşətli soyqırım hadisəsindən 23 il keçir. Azərbaycan illərdir var gücü ilə bəşəriyyətin ən böyük faciəsini dünya ictiamiyyətinə tanıtdırmağa çalışır.

Bu məqsədlə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, aksiyalar təşkil olunur, Xocalı dəhşətindən bəhs edən kitablar, bukletlər paylanır, beynəlxalq təşkilarlarla, dünya dövlətlərində müraciətlər ünvanlanır. Görülən tədbirlər bununla bitmir.

Azərbaycanın bütün bu səylərinə baxmayaraq, dünyanın əksər ölkələrində adi insanlar ermənilərin törətdiyi bu vəhşilikdən bixəbərdir. Bir çoxlarının Xocalı sakinlərinə qarşı törədilən soyqırımla bağlı məlumlatları yoxdur.

Səbəb nədir, biz Xocalı faciəsini dünyaya tanıda bilmirik, yoxsa dünya erməni qətliamını tanımaq istəmir? Erməniləri yalanları ilə uyuyan dünyaya Azərbaycanın haqq səsini çatdırmaq üçün nə etmək lazımdır?

Millət vəkili Çingiz Qənizadə AzVision.az-a bildirib ki, son 3 ildə görülən işlər əvvəlki illərdə görülən işləri arxada qoyub. Odur ki, bu istiqamətdə hər il daha da geniş iş aparılır:

Prezidentin iştirakı ilə yürüş, bununla yanaşı Taksim Meydanında 1 milyonluq aksiya keçirildi. Həmin aksiyada Türkiyənin rəhbərliyi, Daxili İşlər Nazirliyi çıxış etdi. Azərbaycandakı yürüşdə prezident ailə üzvləri ilə birlikdə öndə gedirdi. Hazırda Leyla Əliyevanın dəstəyi və təşəbbüsü ilə Xocalıya Ədalət Kompaniyası aparılır. Avropanın, Amerikanın bir çox ölkələrində bununla bağlı tədbirlər keçirilir. Hesab edirəm ki, bizim son 3 ildə gördüyümüz işlər ondan əvvəlki illərdə görülən işlərdən qat-qat çoxdur. Lobbiçilik işi, eyni zamanda ziyalılarımnız, siravi üzvlərimiz yeri düşən kimi oradakı əcnəbilərə nələrin baş verdiyini insanlara çatdırmalıdır. Bundan artıq nə iş görmək olar?”.

Deputat hesab edir ki, dünya ictimaiyyəti erməni işğalını tanımaq istəmir:

“Onsuz da bizim haqq işimizi çətin tanıyırlar. Dağlıq Qarabağın 20%-i işğal altındadı, daha doğrusu Azərbaycanın Dağlıq Qarabağdan da kənar torpaqları işğal altındadır. Dünya ictimaiyyəti bunu tanımaq istəmir. Ona görə bir az çətindir. Amma çətin olsa da ölkədə aparılan, prezidentin siyasi xətti, Mehriban Əliyevanın gördüyü işlər, əvvəlki illərdən qat-qat çoxdur”.

Xocalıda hər iki valideynini itirmiş Murad Məhərrəmov isə hesab edir ki, Xocalı yalnız faciə törədilən gün yada düşür. Onun sözlərinə görə, heç bir dövlətdə bunu lazımınca tanıda bilmirik:

“Yalnız, Xocalının ildönümü ərəfəsində soyqırım qurbanları yada salınır. O da bir neçə gün. Halbuki, bu daimi, mütəmadi olmalıdır. Çox səbəblər var. Ona görə də soyqırımı lazımınca tanıda bilmirik. Hesab edirəm ki, xarici təşkilatlarla, siyasi xadimlərlə, beynəlxalq təşkilatlarla sıx işləməliyik ki, Xocalını dünya səviyyəsində tanıda bilək”.

Başda prezident İlham Əlyev olmaqla Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Ölkə başçısı xarici səfərlərində, beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırım faktını qaldıraraq dünya ictimaiyyətinə soyqırımı tanımaq üçün çağırışlar edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏliyevaLeyla Əliyevanın da bu istiqamətdə yördüyü işlər mühüm əhəmiyyətə malikdir.

Lakin bütün cəhdlərimizə baxmayaraq, üzdə soyqırım faktını tanıyan Qərb dövlətləri cinayətkarları cəzalandırmaq üçün Ermənistana hər hansı sanksiya tətbiq etmir, Azərbaycan xalqının faciəsinə ikili standartlardan yanaşır.

Gültəkin Ələsgər

Teqlər: