`Azərişıq`dan işıq açıqlaması: `Problem yoxdur...`

`Azərişıq`dan işıq açıqlaması: `Problem yoxdur...`
  23 Fevral 2015    Oxunub:1917
“Enerji ilə bağlı elə də ciddi bir problem yoxdur. Hazırda Bakı və ətraf rayonlarda normal enerji ilə təminat var”.
Bunu AzVision.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, fərdi şəkildə işıq problemi olan vətəndaşlar zəng edir və onlar da qeydə alınaraq problemləri aradan qaldırılır:

“Masazırda müəyyən yerdə enerji ilə bağlı problem var. Bir də dağlıq rayonlarda enerji problemi var. Belə ki, külək və çovğun nəticəsində bəzi dayaqlar aşıb. Oradakı problemlər də aradan qaldırılır”.

Qeyd edək ki, ölkədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bir sıra rayon və kəndlərdə, eləcə də paytaxt Bakıda işıq problemi yaranıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti