ANS Xədicə İsmayılın cavabını verdi

ANS Xədicə İsmayılın cavabını verdi
  19 Fevral 2015    Oxunub:3762
ANS telekanalı həbsdə olan jurnalist Xədicə İsmayılın “Hesabat” verilişi ilə bağlı səsləndirdiyi iradlara cavab verib.
Belə ki, X.İsmayıl Mirşahin Ağayevin verilişində adının hallanmasına “etiraz” edib.

“ANS-in “Hesabat” verilişində Emin Hüseynovla bağlı süjetə baxdım. Mirşahin belə bir söz də işlətdi ki, Xədicə İsmayıl və Leyla Yunusdan fərqli olaraq Emin Hüseynov qanun qarşısında durmaq istəmədi. Səhvi heç də kiçik deyil”-deyə X.İsmayıl Mirşahin Ağayevin guya səhvə yol verdiyini iddia edib.

X.İsmayılın fikirlərinə qarşı tərəfin cavabı gecikməyib. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında Xədicə İsmayılın dediklərinin əhəmiyyətsiz olduğunu deyib.

“Xədicə İsmayıl nə istəyir deyir. Onun dedikləri həqiqəti əks etdirmir. Bu fikirlər yersiz və məntiqsizdir”.

Xatırladaq ki, Xədicə İsmayıl ötən ilin dekabrın 5-də həbs edilib. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb

Fevralın 13-də jurnalistə qarşı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti