“ASAN Sumqayıt”ın ilk 2 günü - FOTOLAR

“ASAN  Sumqayıt”ın ilk 2 günü - FOTOLAR
  17 May 2013    Oxunub:1271
Artıq may ayının 15-dən etibarən Sumqayıt regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
İki gün ərzində yəni 15-16 may tarixlərində mərkəzə 2 minə yaxın vətəndaş müraciət edərək xidmətlərdən yararlanıb.

Mərkəzə Sumqayıt sakinləri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri müraciət etmiş və onlara müvafiq xidmətlər göstərilib.

Xatırladaq ki, Sumqayıt regional “ASAN xidmət” mərkəzi cənab Prezident İlham Əliyein iştirakı ilə mayın 3-də açılmış, mayın 15-dən isə tam fəaliyyətə başlayıb.

Sumqayıt regional “ASAN xidmət” mərkəzində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər həyata keçirilir:

1. doğumun qeydə alınması;
2. ölümün qeydə alınması;
3. nikahın qeydə alınması;
4. nikahın pozulmasının qeydə alınması;
5. övladlığa götürmənin qeydə alınması;
6. atalığın müəyyən edilməsinin qeydə alınması;
7. adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
8. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
9. notariat fəaliyyəti- müxtəlif müqavilələrin, sənədlərin, imzaların, tərcümə materiallarının təsdiqi, vərəsəliyin açılması və.s.;
10. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
11. ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
12. sürücülük vəsiqələrinin dəyişdirilməsi;
13. məhkumluq barədə arayışların verilməsi;
14. yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
15. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların (forma № 1 arayışlarının) verilməsi;
16. kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
17. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
18. gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
19. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;
20. torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
21. əmək pensiyalarının təyin edilməsi;
22. dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Mərkəzdə bundan əlavə aşağıdakı funksional yardımçı xidmətlər həyata keçirilir:

1. bank xidmətləri:
1.1. cari bank hesablarının açılması;
1.2. valyuta mübadiləsi;
1.3. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
1.4. inzibati xətalara dair cərimələrin qəbulu;
2. sığorta xidmətləri:
2.1. avtomobillərin sığortası;
2.2. daşınmaz əmlakın sığortası;
3. hüquqi yardım xidmətləri:
3.1. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
3.2. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
3.3. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
3.4. vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
4. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
5. tibb xidmətləri:
5.1. tibbi arayışların verilməsi;
5.2. ilkin tibbi yardım göstərilməsi;
6. rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər:
6.1. real vaxt rejimində növbənin tutulması;
6.2. vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması;
6.3. “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması;
6.4. e-asan bölməsi vasitəsi ilə “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili;
7. mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər:
7.1. mobil rabitə və internet xidmətlərinin ödənişi;
7.2. kommunal xidmətlərin ödənişi;
7.3. kredit və sığorta ödənişlərinin həyata keçirilməsi və.s

Qalereya




Teqlər:  





Xəbər lenti