35 qanunsuz ovçu saxlanıldı

35 qanunsuz ovçu saxlanıldı
  17 Fevral 2015    Oxunub:1533
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bu ilin yanvar ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, onlardan 35 ov tüfəngi, 105 patron və ovlanmış 2 quş götürülüb. Bundan başqa, 27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti