Muzdlu işçilərin sayı və maaşı

Muzdlu işçilərin sayı və maaşı
  12 Fevral 2015    Oxunub:1448
2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilər 1516,1 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir.

Muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olurlar.
2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti