34 nəfər bir gündə həbs edilib

34 nəfər bir gündə həbs edilib
  11 Fevral 2015    Oxunub:1165
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 71 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti