Ziya Məmmədovun “köhnə” və yeni müavini - ARAYIŞ

Ziya Məmmədovun “köhnə” və yeni müavini - ARAYIŞ
  09 Fevral 2015    Oxunub:8499
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək yeni vəzifəyə təyinat alıb.

Ölkə başçısının sərəncamı ilə A.Əsgərov nəqliyyat naziri Ziya Məmmədova müavin gətirilib. İndiyədək 1 müavinlə çalışan Ziya Məmmədovun bu təyinatdan sonra Arif Əsgərov da daxil olmaqla iki müavini olacaq.

AzVision.az mövzunun aktuallını nəzərə alaraq nəqliyyat nazirinin müavinləri və onlar haqda maraqlı məlumatları oxuculara təqdim edir:

Nazirin 11 illik müavini...



Pənahov Musa Sədi oğlu artıq 11 ildir ki, nəqliyyat nazirini müavini vəzifəsində çalışır. O, 1959-ci ildə anadan olub. Ali təhsillidir.

M.Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində,
1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Prezidentin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur. Ailəlidir, 2 övladı var.

Keçmiş sədr, indiki müavin



Ziya Məmmədovun yeni müavini hamının “dəmiryol” rəisi kimi tanıdığı Arif Əsgərovdur. Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun «Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi» ixtisasını bitirib.

O, 1982-1989–cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989-1993–cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993-1993–cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993-1994–cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994-1996–cı illərdə «Azərreyl» Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996-2000–ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000-2003-cü illərdə yolun «Tarif və nəqliyyatservis» xidmətinin rəisi, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi, 2004-2009–cu illərdə isə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifələrində çalışıb.

Prezidentin sərəncamı ilə A.Əsgərov 2009-cu ildən bu günədək «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. Ölkə başçısının bugünki sərəncamı ilə onu bu postda “Azəryolservis” ASC-in rəhbəri, milət vəkili Cavid Qurbanov əvəz edib.

Anar Rüstəmov


Teqlər:





Xəbər lenti