Bakıda aptekə basqın edildi

Bakıda aptekə basqın edildi
  09 Fevral 2015    Oxunub:1583
Bakıda bir həftə əvvəl aptekə basqın etmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 2-də saat 21:30 radələrində bir nəfər Nərimanov rayonu C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Zəkiyyə İsmayılovaya məxsus aptekə daxil olub, bıçaqla Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək, quldurluq yolu ilə kassadan 280 manat pulu talayaraq qaçıb.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, basqını törətməkdə şübhəli Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti