Hacı Məmmədovun psixoloji problemi var?

Hacı Məmmədovun psixoloji problemi var?
  09 Fevral 2015    Oxunub:3217
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanacaq.
Bu barədə AzVision.az-a açıqlamasından hüquq müdafiəçisi Elçin Behbudovun özü məlumat verib. Bildirib ki, yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında monitorinq keçirəcək:

“Monitorinq zamanı Hacı Məmmədovun səhhəti, psixoloji durumu ilə maraqlanacağam. Daha sonra Tərtər rayonuna gedəcəyəm. Oradakı polis şöbəsində baş verən ölüm hadisəsini araşdıracağam”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Hacı Məmmədovun hazırda psixoloji problemlərinin olduğu bildirilir. Yayılan məlumatlara görə, o, təkliyə qapanaraq ailə üzvləri ilə görüşdən imtina edir. Məmmədovun həbsxanada məhbus yoldaşları ilə də ünsiyyətdən qaçdığı qeyd edilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti