İlham Əliyev həmkarları ilə görüşdü

İlham Əliyev həmkarları ilə görüşdü
  07 Fevral 2015    Oxunub:1429
Fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev Münxendə Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olundu.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Eyni zamanda, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edildi, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. (AzərTAc)




Teqlər:





Xəbər lenti