DİN 42 nəfəri həbs edib

DİN 42 nəfəri həbs edib
  07 Fevral 2015    Oxunub:1378
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti