“Deməli, haradasa səhvə yol vermişik” – Mübariz Qurbanlı

“Deməli, haradasa səhvə yol vermişik” – Mübariz Qurbanlı
  06 Fevral 2015    Oxunub:1720
"Bu gün bizim hədəfimizdə bir məsələ dayanır: ölkəmizin müstəqilliyini təhdid edən amillər var. Biz istəsək də, istəməsək də belə təhdidlər mövcuddur".
AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O vurğulayıb ki, Azərbaycanın müstəqil inkişafına əngəl olmaq istəyən, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana təsir göstərməyə cəhd edən xarici amillər var:

"Belə təsiredici vastiələrdən biri də dini ekstremizmdir. Dini eksrremizm deyəndə təkcə İslamda mövcud olan radikal qrupları deyil, eyni zamanda müxtəlif dinlərin Azərbaycanda yayılmasına cəhdləri görməkdəyik".

Komitə sədri dinin ailə institutuna təsirindən də danışıb: "Ailə institutu zamana uyğun olaraq dəyişilikliyə məruz qalıb. Əgər 500 il əvvəlki ailə institutunu bugünki ailə institutları ilə müqayisə etsək, çox böyük fərqlər görəcəyik. Çünki hər dövrün ailəsi başqa cürdür.

Ailə instutunun formalaşamasına dinin də təsirir var. İnsanın dünyagörüşünün formalaşmasında dinin böyük rolu var. Bununla yanaşı əxlaqi mənəvi dəyələrin, milli adət ənənənin yaranmasında mütləq ətraf mühit, mövcud olduğu cəmiyət təsir göstərir. İslam dininin yayıldığı coğrafiyaya baxsaq, görərik ki, bu din ailə institutuna da təsir göstərib".

M.Qurbanlı qeyd edib ki, İslam Azərbaycanda geniş yayılsa da klassik ailə modelinə təsir edə bilməyib:

"İslam dininin bəzi dəyərləri var ki, onlar bizim ərazimizdə yayılsa da çox geniş şəkildə özünə yer tapa bilməyib. Məsələn, Azərbaycan ailəsində uzun müddət bir kişi bir qadın modeli xalqın yaddaşında olub və davam edir. Bəzi kənarlaşmalar varsa da bu, kütləvi xarakter daşımır".

Azərbaycanda başqa dinlərin missonerlik fəaliyyətinə də toxunan komitə sədri bundan təəccübləndiyini deyib:

"Bu gün Azərbaycanın müxtəlif bölgələrində xristian icmaları gəlib missionerlik fəaliyyəti göstərirsə və Azərbaycan ailəsinin əsas sütunu olan Azərbaycan qadını ənənəvi dəyələrdən uzaqlaşaraq gedib, həmin missionerlərin tədbirlərinə qatılıb, orada xorla hansısa başqa dinə mənsub ayini oxuyursa, bu, məni çox təəccübləndirir. Bu, onu göstərir ki, deməli bizim ailə içərisindəki təbliğatımızda hansısa çatışmazlığa yol vermişik. Buna imkan verməli deyilik.

Yaxud da hansısa ailədə radikal gənc yetişirsə, burada ananın özünəməxsus günahı var. Ona görə də bu hadisələri dərindən təhlil edərək nədən başladığını öyrənməyə çalışmalı və qabaqlayıcı tədbirlər görməliyik. Bunu yalnız bir dövlət qurumunun üzərinə qoyub, ancaq ondan iş gözləmək doğru deyil. Burada cəmiyyətin bütün təbəqələri qarışıq şəkildə iştirak etməlidir".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti