Parlament seçkilərinə hazırlıq başladı

Parlament seçkilərinə hazırlıq başladı
  06 Fevral 2015    Oxunub:2865
Milli Məclisə bu il keçiriləcək seçkilərin ilkin mərhələsinə start verilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun AzVision.az-a verdiyi məlumata görə, qaydaya uyğun olaraq, artıq ölkə üzrə aşağı seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlanılıb. Bu mərhələ bu ilin mayına qədər davam edəcək. Sonda isə MSK tərəfndən siyahı təsdiq olunacaq.

N.Məmmədov seçici siyahılarının hazırlanmasında hələ ki, heç bir problemin meydana çıxmadığını da bildirib.

Qeyd edək ki, Azərbaycanda 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi – dövlət büdcəsindən “Ümumi dövlət xidmətləri” bölməsi üzrə “Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri xərcləri”ndən xərclərindən əsasən ölkədə seçicilərin qeydiyyatı, seçkilərin, referendumların keçirilməsi, respublika miqyaslı siyahıyaalınma və statistika sistemində islahatların aparılması xərcləri maliyyələşdirilir.

2015-ci ilin dövlət büdcəsində bu xərclərə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki orqanlarının (dairə seçki komissiyalarının) saxlanılması, statistika sistemində islahatların aparılması ilə bağlı xərclər daxildir. Artıq büdcədən Milli Məclisə seçkilərin keçirilməsi üçün 41,8 milyon manat vəsait nəzərdə tutulub.

Xatırladaq ki, sonuncu seçkidə dəqiqləşdirilmiş seçici siyahılarına əsasən seçicilərin sayı 4 milyon 819 min 382 seçici nəfər olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti