Vüqar əfv üçün prezidentə müraciət edir

Vüqar əfv üçün prezidentə müraciət edir
  05 Fevral 2015    Oxunub:3256
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin əfv olunması ilə bağlı ölkə prezidentinə müraciət olunacaq.
Bu barədə AzVision.az-a Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkil Vüqar Əliyevlə bağlı prezidentə həm açıq, həm də yazılı formada müraciətlər göndərəcəyini söyləyib:

“Əfv üçün Prezidentə müraciəti artıq hazırlamışam. Sabah axşam müraciətimi ölkə başçısına göndərəcəyəm”.

A.Məmmədov V. Əliyevin hazırkı vəziyyəti barədə də məlumat verib: Bildirib ki, məhkum hazırda psixoloji gərginlik keçirir, vəziyyəti yaxşı deyil.

Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Şəmkirin eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti