Çempion qız oğurluq etdi - VİDEO

Çempion qız oğurluq etdi - VİDEO
  04 Fevral 2015    Oxunub:4662
Bakıda mənzildən, həyətyanı sahələrdən oğurluq edən 3 nəfərdən ibarət dəstənin üzvləri həbs ediliblər.
AzVision.az Apa TV-yə istinadən xəbər verir ki, dəstə üzvü Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Şirinova ağır çəkidə cüdo üzrə Sumqayıt şəhər çempionudur.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının birgə iştirakı ilə keçirilib. İstintaqla müəyyən edilib ki, valideynlərindən inciyərək evdən çıxıb gedən Günay Şirinova metal satışı ilə məşğul olan Elvin və Elşən Məmmədov qardaşları ilə birgə yaşayıb. Onlar yanvarın 29-da Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olaraq, soyğunçuluq əməli törətməkdə, ayrı-ayrı vətəndaşlara məxsus 3 velosiped və digər oğurluqlarda təqsirli bilinirlər.




Teqlər:  





Xəbər lenti