TƏHLÜKƏ: Qonşu Rusiyada Ebola

TƏHLÜKƏ: Qonşu Rusiyada Ebola
  01 Fevral 2015    Oxunub:2792
Rusiyada ebola virusuna yoluxmaqda şübhəli bilinən bir nəfər xəstəxanaya yerləşdirilib.
AzVision.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, həmin şəxs Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Seneqal və Qvineyada işləmiş əməkdaşıdır. Ondan götürülən qan analizi bazar günü Novosibirskdəki laboratoriyaya göndərilib.

Məlumata görə, “Vladivostok-Moskva” reysi ilə uçan bu şəxsin təyyarədə qızdırması qalxıb və qəfildən özünü pis hiss edib. Bundan sonra həmin sərnişin təyyarənin quyruq hissəsinə təcrid edilib.

Rusiyanın Primorsk vilayətinin vitse-qubernatoru Pavel Serebryakov bildirib ki, təyyarədəki bütün sərnişinlər müayinə edilib və evlərinə buraxılıblar. Onlar bir müddət yaşadıqları ərazinin həkimlərinin nəzarətində olacaqlar.


Teqlər:  





Xəbər lenti