Ramiz Mehdiyevin `Gorus-2010`kitabı ingilis dilində – AUDİOBOOK

Ramiz Mehdiyevin `Gorus-2010`kitabı ingilis dilində – AUDİOBOOK
  28 Yanvar 2015    Oxunub:3088
AzVision.az saytının təşəbbüsü ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin `Gorus – 2010. Absurd teatrı mövsümü` kitabı ingiliscə səsləndirilərək, audiokitab halına salınıb.

AzVision.az saytının ingilis versiyasında oxuculara təqdim olunan kitabı youtube-da dinləmək olar.

Kitabın mp3 variantını BURADAN yükləmək olar.

Akademik Ramiz Mehdiyev “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabında erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edib. Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla diqqətə çatdırıb.

Kitab Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabı tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.





Teqlər:  





Xəbər lenti