Bakıda tanınmış teleaparıcı gecə klubunda dava saldı

Bakıda tanınmış teleaparıcı gecə klubunda dava saldı
  26 Yanvar 2015    Oxunub:2822
Bakıdakı gecə klublarından birində dava-dalaş olub.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə zorakılığa məruz qalması ilə bağlı müraciət edib. Şikayətçi bildirib ki, Əziz Əliyev küçəsində gecə klubunda olarkən 2 nəfər tərəfindən döyülüb.Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüb. Hər iki şəxs bölməyə dəvət edilib.

Qeyd edək ki, davada adı hallanan Xose Bernardo Azərbaycan vətəndaşıdır. Pirallahı qəsəbəsi, Xanlar küçəsi 64 ünvanında qeydiyyatda olmaqla yaşayan X.Bernardo ANS telekanalında aparıcılıq etməsi ilə tanınıb. O, bir müddət əvvəl Azərbaycan ordusunda xidmət keçib və təxris olunduqdan sonra ANS telekanalında fəaliyyətini davam etdirib. X.Bernardo həm də gecə klubunda işləyir.Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti