Polis çoxlu sayda silah tapdı

Polis çoxlu sayda silah tapdı
  23 Yanvar 2015    Oxunub:1767
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xeyli sayda odlu silah və vasitələri tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədəd “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı, Gəncə şəhəri Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılıb.


Teqlər:





Xəbər lenti