Ovçu özünü `ovladı`

Ovçu özünü `ovladı`
  21 Yanvar 2015    Oxunub:1754
Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığından tüfəngdən açdığı atəş nəticəsində ölüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən M.İsrafilov orada ölüb.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti