Bu gün Davos Formu başlayır

Bu gün Davos Formu başlayır
  21 Yanvar 2015    Oxunub:2627
Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır.
AzVision.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları İsveçrənin Davos şəhərində keçiriləcək 45-ci Dünya İqtisadi Forumunda yüksək səviyyədə təqdim ediləcək.

Ölkəmizi forumda Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, “Bakı 2015” Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyevə təmsil edəcək.Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olan prezident İlham Əliyev və Patrik Hikkey “Bakı 2015 Təşkilat Komitəsi tərəfindən “InterContinental Davos” otelində yüzlərlə siyasi liderlər və aparıcı biznes rəhbərlər üçün təşkil olunacaq naharda çıxış edəcəklər.

Həmin oteldə iyunda keçiriləcək Avropa Oyunları haqqında sərgi də artıq ziyarətçilər üçün açılıb.

Tədbir yanvarın 24-nə kimi davam edəcək.

Forumun builki 45-ci iclasının mövzusu “Yeni qlobal kontekst”dir.

Terror, ərəb dünyasında vətəndaş müharibələri və qeyri-stabillik forumun əsas mövzularından biridir. Tədbirdə Ukraynada vəziyyət, iqlim dəyişikliyi, “Ebola” virusu, diabet xəstəliyi, monetar siyasət, avrozona, energetika və digər məsələlər də müzakirə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti