Şəkidə polisi döyənlər sərxoş olub - DİN

Şəkidə polisi döyənlər sərxoş olub - DİN
  20 Yanvar 2015    Oxunub:2155
Xuliqanlıq etmiş Şəki şəhər sakinləri Vüsal Baqiyev və Fuad Babayev tutulmuş, Natiq Rəhimov müəyyən edilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 19-da saat 20 radələrində Şəki şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Akif Zamanovu döyərkən yaxınlıqda olan ŞRPŞ Post-Patrul Xidməti Taqımının əməkdaşı, polis serjantı Famil Səmədov (xidmətdən kənar vaxtı) özünü təqdim edərək onları intizama dəvət edib, lakin həmin şəxslər tabeçilik göstərməyib F.Səmədova fiziki zor tətbiq ediblər.

F.Səmədov xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Baqiyev və Fuad Babayev tutulub, əvvəllər məhkum olunmuş Natiq Rəhimov müəyyən edilib.

V.Baqiyevin və F.Babayevin orta dərəcəli sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır


Teqlər:  





Xəbər lenti