Sumqayıtdakı partlayışla bağlı rəsmi məlumat

Sumqayıtdakı partlayışla bağlı rəsmi məlumat
  17 Yanvar 2015    Oxunub:2554
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş partlayışla bağlı məlumat yayıb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da saat 18.00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.

Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti