48 nəfər həbs edildi

48 nəfər həbs edildi
  16 Yanvar 2015    Oxunub:1871
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 74 cinayət faktı qeydə alınmış, onların da 32-si “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 48 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti