AZAL-dan Riki Martinlə bağlı ÖZƏL AÇIQLAMA

AZAL-dan Riki Martinlə bağlı ÖZƏL AÇIQLAMA
  13 Yanvar 2015    Oxunub:3345
Yerli mediada yayılan məlumata görə, dünyaca tanınmış müğənni Riki Martin Bakıya toya gəlib. İddia edilir ki, 43 yaşlı müğənnini ölkədəki iş adamlarından biri qızının toyuna dəvət edib. Bakıya bir günlük gəlmiş R.Martin toyda 4 mahnı oxuyandan sonra ertəsi gün Azərbaycanı tərk edib.

Riki Martinin Bakıya gəlməsi ilə bağl “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə əlaqə saxladıq.

AZAL-ın “VİP” və “Business” aviazallarının rəhbərliyindən AzVision.az-a bildirilib ki, Enrike Martin Morales adlı bir şəxs son günlər ərzində Bakıya gəlməyib. Onun adı sərnişinlər arasında yoxdur.

“VİP, Biznes və bütün aviazallarda Enrike Martin Morales adı ilə heç bir sifariş qəbul olunmayıb. Nə bu gün, nə sabah, nə ötən gün belə bir sifariş olmayıb. Ümumilikdə həmin şəxsin adı heç bir aviazalda qeydiyyatdan keçməyib. Elə bir şəxs nə bizim hava limanına gəlib, nə də ki, buradan başqa ölkəyə uçub”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti