`Müsavat Məclisini legitim saymıram`

`Müsavat Məclisini legitim saymıram`
  12 Yanvar 2015    Oxunub:1263
“Mən Müsavat Partiyasının Məclisini legitim saymıram. Kimin nə edəcəyi məni maraqlandırmır”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Vurğun Əyyub Məclis sədri Nüşabə Sadıqlının onun Məclis üzvülüyündən kənarlaşdırılacağı ilə bağlı fikrinə münasibət bildirərkən deyib. Vurğun Əyyub qeyd edib ki, o, özünü Məclis üzvü saymır.

Qeyd edək ki, Məclis üzvü Nüşabə Sadıqlı mətbuata açıqlamasında bildirib ki, Vurğun Əyyub növbəti toplantıda üzvlükdən çıxarıla bilər. Bunun səbəbi kimi isə V.Əyyubun Məclisin toplantılarında iştirak etməməsi və Məclisi qeyri-legitim sayması göstərilir.

Məlumat üçün bildirək ki, V.Əyyubun Məclis üzvülüyündən kənarlaşdırılmasını partiya başqanı Arif Hacılı təklif edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti