DEZİNFORMASİYA: `Sanksiya` xəbəri yalan çıxdı – EKSKLÜZİV

DEZİNFORMASİYA: `Sanksiya` xəbəri yalan çıxdı – EKSKLÜZİV
  12 Yanvar 2015    Oxunub:7426
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayımlanan məlumata görə, guya Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəliblər.

Məlumata guya “insan haqlarının pozulmasında birbaşa iştirakı olan” hakimlər və prokurorların siyahısı da əlavə olunub. Siyahıda 31 nəfərin adı çəkilir.

Məlumatın mənbəyinin göstərilməməsi ciddi şübhələr yaradır. Ümumiyyətlə, siyahı havadan götürülmə təsiri bağışlayır.

AzVision.az məsələni dəqiqləşdirməyə çalışıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov saytımıza bildirib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən, qəti şəkildə təkzib olunur.

E.Sultanov həmçinin onu da bildirib ki, adları siyahıda olan prokurorluq əməkdaşlarının bəziləri ötən aylarda xarici ölkələrdə ezamiyyətdə olublar, bəziləri isə elə indi də xaricdədirlər:

- Məsələn, Baş Prokurorun birinci müavini Rüstəm Usubov ötən ilin noyabrında Almaniya və Avstriyada olub. Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov ötən ilin iyul ayında Almaniyada, həmin idarənin müstəntiqi Qasım Məmmədov ötən ilin noyabr-dekabr aylarında Finlandiyada, digər müstəntiq İbrahim Ləmbəranski isə dekabr-yanvar aylarında Avstriya və İtaliyada ezamiyyətdə olub, hazırda Finlandiyadadır.

Qeyd edək ki, Vaşinqton Universitetinin professoru, keçmiş sovet ölkələrində rəqəmsal texnologiya vasitələrindən sosial və siyasi məqsədlər üçün istifadə üzrə araşdırmaçı Keyti Pirs də yazdığı tvitdə bunun ancaq şayiə olduğunu bildirib: “Azərbaycanda hakim və prokurorlara sanksiyaların tətbiq edilməsi barədə çoxlu şaiyələr var. Heç bir faktiki sübut hələ ki, yoxdur”.



AzVision.az


Teqlər:  





Xəbər lenti