Güləşçilərimiz ilin ilk reytinq siyahısında - SİYAHI

Güləşçilərimiz ilin ilk reytinq siyahısında - SİYAHI
  07 Yanvar 2015    Oxunub:1566
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb.
Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir.


57 kq
9. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (9)

61 kq
1. Hacı Əliyev - DÇ 1-ci yer (1)

65 kq
15. Məhəmməd Müslümov - Millətlərarası Kubok 2-ci yer (18)

70 kq
9. Ruslan Dibirhacıyev - AÇ 1-ci yer (7)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (9)
11. Əşrəf Əliyev - DÇ 8-ci yer (11)

86 kq
7. Həmzət Osmanov - DÇ 5-ci yer (6)

97 kq
2. Xetaq Qazyumov - DÇ 2-ci yer (2)
10. Şərif Şərifov - Ə.Əliyev turniri 2-ci yer (11)

125 kq
11. Əli İsayev - Ə.Əliyev turniri 1-ci yer (10)
13. Aslan Dzebişov - Qızıl Qran Pri Final mərhələsi 3-cü yer (12)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Teqlər:





Xəbər lenti