Atəşkəs 83 dəfə pozuldu
Tərtər rayonunun Çaylı, Göyarx, Çiləbürt, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Kəngərli, Şuraabad, Şıxlar, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzVision.az
Teqlər: