Tovuzda məktəb yandı

Tovuzda məktəb yandı
  30 Dekabr 2014    Oxunub:1303
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Yanıqlı kəndində Təhsil Nazirliyinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan birmərtəbəli məktəb binasının 2 sinif otağı və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti