Dəm qazı iki nəfəri öldürdü

Dəm qazı iki nəfəri öldürdü
  29 Dekabr 2014    Oxunub:1199
Azərbaycanda iki qız dəm qazından zəhərlənərək ölüblər.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, dekabrın 28-də Nizami rayonunda 18 yaşlı Minəxanım Musayeva Keşlə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Salyanda isə Cəlilabad rayonu sakini 15 yaşlı Sevanə Nəbiyeva kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti