Heydər Babayev üzə çıxdı – EKSKLÜZİV FOTO+VİDEO

Heydər Babayev üzə çıxdı – EKSKLÜZİV FOTO+VİDEO
  26 Dekabr 2014    Oxunub:40765
Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda gəzintiyə çıxıb.

AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, sabiq nazir paytaxtın Nizami küçəsində, Fəvvarələr Meydanında görünüb. Vəzifədən getdikdən sonra mətbuata çıxmayan, ümumiyyətlə hər hansı bir tədbirdə, mərasimdə gözə görünməyən eks-nazirin ilk baxışdan xeyli dəyişdiyi hiss olunur.

İmicində dəyişiklik edən H.Babayevin yaşa dolduğu açıq-aydın sezilir.

Əməkdaşımız Heydər Babayevə yaxınlaşaraq həmsöhbət olmaq istəsə də o buna razı olmayıb.

Əldə etdiyimiz digər məlumata görə, H.Babayev tez-tez xaricə üz tutsa da qış mövsümündə Bakıda yaşamağa üstünlük verir. Eks-nazir qış mövsümündə paytaxtın “Tarqovı” kimi tanınan ərazisində yerləşən evində yaşayır.

Qeyd edək ki, Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub. O 1980-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetininbeynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlayıb. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib.

1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunub.

O, 2008-ci il 30 oktyabrda İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olununub.









Anar


Teqlər:  





Xəbər lenti