20 yaşlı `avtoş` yenidən həbs edildi

20 yaşlı `avtoş` yenidən həbs edildi
  26 Dekabr 2014    Oxunub:1514
Bakıda 20 yaşlı gənc sürücü avtoxuliqanlıq etdiyinə görə ikinci dəfə həbs edilib.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Tamerlan Tahir oğlu “VAZ-2104” markalı 90-CB-485 dövlət qeydiyyat nişanlı avtomobillə noyabr-dekabr ayları ərzində paytaxtın mərkəzi küçələri boyunca dəfələrlə avtoxuliqanlıq edərək polisin saxla əmrinə tabe olmayıb.

Yol polisinin gördüyü tədbirlər nəticəsində sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu, 20 yaşlı sürücünün ilk həbsi deyil. Belə ki, o, ötən il də paytaxtın Xətai rayonu ərazisində avtoxuliqanlıq etdiyinə görə 20 sutka həbs edilib.


Teqlər:





Xəbər lenti